​Türkiyə Suriyada hərbi əməliyyatlara başlayacaq

Türkiyə Silahlı Qüvvələrinin Suriyada hərbi əməliyyatların aparılması üçün hazırlıqları başa çatıb.
Bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat verir.
Qeyd olunur ki, İdlib şəhərində əməliyyatlar yaxın günlərdə başlaya bilər.
Bu əməliyyatların "Azad Suriya Ordusu" ilə birgə aparılacağı bildirilir.