​Türkiyə Suriya sərhədini keçdi - TANK, ZİREHLİ TEXNİKA və HƏRBÇİLƏRLƏ

Türkiyəyə məxsus 8 tank, 50 zirehli texnika və 200-ə yaxın hərbçi Suriya ilə sərhədi keçərək İdlibə daxil olub.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, bundan öncə Türkiyənin sərhədə hərbi qüvvələr toplaması barədə KİV-lər xəbər yaymışdı.
Türkiyənin baş naziri Binəli Yıldırım isə bununla əlaqədar bildirib ki, Ankara Astanadakı əldə olunmuş razılaşma çərçivəsində hərəkət edir və əməliyyatları Moskva ilə koordinasiya edir.