Türkiyə Suriya sərhədinə 300 maşınlıq hərbi karvan göndərdi - XÜSUSİ TƏYİNATLILAR, TANKLAR...

Baxış sayı:
2719

Türkiyə Silahlı Qüvvələri xüsusi təyinatlılar, silah-sursat və hərbi texnika daşıyan karvanı Suriya sərhədinə göndərib. Karvan 300 ədəd hərbi maşından ibarətdir. Tanklar Kilis şəhərinin mərkəzini keçərək Hatay istiqamətində yola düşüblər.
 
Karvanın Suriya sərhədində yerləşən hərbi qüvvələri möhkəmləndirmək məqsədilə göndərildiyi bildirilir.
 
Xəbər verdiyimiz kimi, İdlibdə gərginləşən vəziyyəti müzakirə eləmək üçün Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin çərşənbə günü Türkiyəyə gələcəyi bildirilib.
 
Bu gün isə Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq elədiyi nümayəndə heyəti xarici işlər nazirinin müavini Sergey Verşinin və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin başçılıq elədiyi Rusiya təmsilçilərini qəbul edərək danışıqlar aparıb./Hurriyyet.org