Türkiyə-Suriya sərhədi LAZER SİLAHLA QORUNACAQ

Türkiyənin müdafiə naziri Nurəddin Canik, TBMM Plan Büdcə Komissiyasında şıxış edərkən Afrin əməliyyatının mesajını da verib. Müdafiə naziri Canik, “PKK/PYD, İŞİD-in olduğu yer Türkiyə üçün təhdiddir, hədəfdir” - deyib. Bu çərçivədə Suriya sərhədinə başqa müdafiə komponentlərinin əlavə ediləcəyini də bildirib.
 
Türkiyənin müdafiə naziri Nurəddin Canıkın TBMM-dəki çıxışından seçmələr:
“Suriya sərhədində baş verən proseslər, sərhədə əlavə fiziki maneələr yaratma ehtiyacını doğurmuşdur. Bu məqsədlə maneə, müşahidə və komandanlıq nəzarət sistemindən ibarət təhlükəsizlik layihəsini həyata keçirməyə başladıq. Layihənin əsas ünsürləri, beton divar, müşahidə qülləsi, keşikçilər yolu, gücləndirilmiş qəfəs sim, işıqlandırma sistemləri, səmərəli sərhəd birlikleri, Şar, İHA və mobil zirehli vasitələr ilə hava və qurudan müşahidə, akustik sensorlar, uzaqdan idarə olunan silah sistemləri, Lazer məhvedici silah, avtomatik qəbul etmə proqramları və daha bir çox texnologiyadan ibarətdir.
Həmçinin kəşfiyyat və müşahidə sistemləri inteqrasiya ediləcək insanlı və insansız qüllələr də inşa edirik. İnsanlı qüllələrdə əsgərlərimizin bütün ehtiyacını qarşılayacaq bütün həyat şəraiti var. Bundan başqa, Suriya sərhədinin təhlükəsizliyini təmin etmək məqsədilə fiber optik qəbuletmə sistemi quruluşunu ehtiva edən İnteqrasiya Sərhəd Təhlükəsizlik Sistemi layihəsi çərçivəsində ilk faza başa çatdırılmışdır. İkinci faza 2017-də başa çatdırılacaqdır.”
Müxalifət.az