Türkiyə Suriya ilə bağlı qərarını verdi – Kritik toplantı

Türkiyə Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi və Çankaya köşkündə keçirilən təhlükəsizlik toplantısında Suriya ilə bağlı vacib qərar verilib.
 
Toplantıda Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın, Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-mayor Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Gömrük və Ticarət naziri Bülənd Tüfəngçi, Baş nazirin müşaviri Fuad Oktay, MİT sədri Hakan Fidan və başqaları iştirak edib. İclas 1,5 saat davam edib.
Görüşdə ABŞ-ın İdlibi vurması vəziyyətində atılacaq addımlar və Suriyadakı son vəziyyət dəyərləndirilib.
Toplantının sonunda təhlükəsizlik səbəbindən Cilvəgözü sərhəd keçid mənqətəsinin 15 gün müddətinə bağlanması qərarı verilib. Qərara əsasən, bu keçid məntəqəsindən yalnız humanitar məqsədlər üçün istifadə ediləcək./teleqraf.com