TÜRKİYƏ SƏRHƏDLƏRİ AÇDI, SURİYALI QAÇQINLAR AVROPAYA AXIN EDİR - Videolar

Baxış sayı:
3301

Türkiyən artıq nə quruda, nə də dənizdə Avropaya getmək istəyən qaçqınların qarşısını almayacaq.

Yeri media xəbər verir ki, Türkiyədə sahil və sərhəd mühafizəsi qüvvələrinə “geri çəkilin” əmri verilib.
 
Qaçqınlar Ədirnəyə doğru irəliləyir

 
Suriyada rejim qüvvələrinin İdlibdəki türk əsgərlərinə qarşı hava hücumlarının ardından Türkiyənin Avropa İttifaqına getmək istəyən qaçqınları dayandırmamaq qərarını verdiyi ilə bağlı açıqlamalardan sonra Ədirnədə aralarında qadınların və uşaqların da olduğu 300 nəfərdən ibarət bir qrup qaçqın gecə yarısı Yunanıstana getmək üçün sərhədə üz tutub. Onların arasında suriyalı, iranlı, iraqlı, fəsli və pakistanlılar da var.
 
İzmirdən qaçqın axını 
 

Suriyanın İdlib şəhərində 33 nəfər türk əsgəri şəhid olduqdan sonra Türkiyə ərazisində qaçqınlar hərəkətə gəlib. İzmirin Dikili rayonunda sahil küçələrində toplaşan 160 nəfər qaçqın öz aralarında topladıqları pul ilə aldıqları qayıqların çimərliyə gəlməsini gözləyirlər. Buradan qayıqlara minəcək qaçqınlar Yunanıstana getmək üçün yola çıxacaqlar.
 
Qaçqın axınının qarşısının alınmayacağı xəbərini eşidənlər Çanaqqalanın Ayvacık rayonu sahillərində də toplaşıb, dəniz yolu ilə Yunanıstana keçməyə hazırlaşırlar./Hurriyyet.org