Türkiyə sərhədinə qoşun toplamağa başladılar!

Baxış sayı:
5332

ABŞ əvvəl İŞİD-ı bəhanə edərək Türkiyə sərhədini cəbbəxanaya çevirdi. İndi də Yarubiyə-ayn əl-Arab(Kobani) xəttinə əsgər göndərir. Son 10 gündə PKK bölgəsinə göndərilən ABŞ əsgərinin sayı 500-ü keçib.
 
Pentaqon, Suriyanın cənubunda yaratdığı Tenef bazası və İraqda olan birliklərindən Türkiyə sərhəd xəttinə əlavə qüvvə göndərib. Son dövr Deyrizor bölgəsində varlığı davam etdirilən İŞİD ünsürlərini bəhanə edərək göndərilən silah, sursat, zirehli və iş maşınlarının böyük hissəsini Türkiyə sərhədinə sövq edən ABŞ, indi də Yarubiyə-ayn əl-Arab xəttinə əsgər göndərir.
 
ABŞ-PKK BİRGƏ PLANI
 
Dırbesiye, Malikiyə, Amudə, Qamışlı kimi sərhəd məntəqələrinə gedən Pentaqon qüvvələri, PKK terrorçuları ilə vəziyyət qiymətləndirməsi aparıb. Rakka Bələdiyyə Məclisinin üzvü Saleh Hacı Abdulla, ABŞ və PKK-nın sinxron bir plan daxilində sərhədin sıfır nöqtəsinə əsgər sövq etdiyini, Deyrizor, Rakka cəbhəsindən 3 mindən çox PKK-lının Türkiyənin müdaxiləsindən qorxduğu üçün şimal bölgələrinə göndərildiyini bildirib.
Müxalifət.az