​TÜRKİYƏ SON SÖZÜNÜ DEDİ: “Tel-Rıfatda əməliyyat başa çatır, sonra isə...”

Baxış sayı:
4723

Muxalifət.az xəbər verir ki, Türkiyənin baş nazirinin müavini və Nazirlər Kabinetinin mətbuat katibi Bəkir Bozdağ “Habertürk” televiziya kanalına açıqlamasında deyib: “Tel-Rıfat YPG/PYD terror təşkilatlarından təmizlənəcək. Yaxın zamanda Tel-Rıfatda istədiyimiz nəticəni əldə edəcəyik. Sonra isə növbədə Menbiçdir. ABŞ rəhbərliyi Menbiçlə bağlı vədlərini yerinə yetirməsələr də, Türkiyənin mövqeyi qətidir və dəyişməyəcək. PYD/YPG terror təşkilatının hədəfi olan terror dəhlizinin yaranmasına yol verməyəcəyik”.
Bozdağ İraqdakı terror yuvaları ilə bağlı bunları deyib: “İraq mərkəzi hökuməti bizə lazımi addımları atacağını vəd edib. İraq ordusu oralara daxil olub, amma biz də müşahidəmizi davam etdiririk. Terror təşkilatının uniformasını dəyişdirərək regionda fəaliyyətini davam etdirməsinə qarşıyıq. Biz Səncarın və digər yerlərin terrorçulardan təmizlənməsini istəyirik. Bunu etməsələr, Türkiyə həmin yerləri təmizləyəcək gücə malikdir. Dünənki sammit də regionun terrordan və terrorçulardan təmizlənməsi iradəsinin ifadəsi idi”./Hurriyyet.org