​Türkiyə silahlı qüvvələri əsas hədəflərindən birinə çatdı – RAS ƏL-AYN ŞƏHƏRİ NƏZARƏTƏ ALINDI

Baxış sayı:
2944

Türkiyə ordusu Suriyanın daha bir yaşayış məntəqəsinə - Ras əl-Ayn şəhərinə nəzarəti ələ keçirdi. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azad Suriya Ordusunun (ASO) dəstəyi ilə keçirilən bu əməliyyat Türkiyə silahlı qüvvələrinin əsas hədəflərindən hesab olunur. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. "Fərat çayının şərqində uğurla davam edən “Sülh çeşməsi” əməliyyatı zamanı Ras əl-Ayn yaşayış məntəqələri nəzarət altına alındı", - deyə nazirlik açıqlama yayıb. Muxalifet.az