​Türkiyə səfirliyinə şübhəli AĞ TOZ GÖNDƏRİLDİ

Baxış sayı:
6892

Türkiyənin Moskva səfirliyinə içində ağ toz olan şübhəli məktub göndərilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ilkin tədqiqatdan sonra zərfin içində zərərli maddə tapılmayıb.
Qeyd edək ki, son dövrlərdə bir çox rəsmi şəxs və qurumlara bu tip şübhəli məktublar göndərilib. ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın həyat yoldaşı, sabiq ABŞ prezidenti Barak Obama, İngiltərə parlamenti bu şəxs və qurumlar siyahısındadır.