​“Türkiyə “Şeytan üçbucağı”na...” – Şahzadədən QALMAQALLI BƏYANAT

Baxış sayı:
5596

İlk xarici səfərini Misirə edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman bin Məhəmməd qalmaqallı bəyanat verib. Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, şahzadə Türkiyə, Qətər və İranı “şeytan üçbucağı” adlandırıb. O, sözügedən ölkələrin ərəblərin təhlükəsizliyinə təhdid ola biləcək siyasət yürütdüyünü deyib. Şahzadə İranı isə bölgədə məzhəbçilik siyasəti aparmaqda ittiham edib. “Ərdoğanın idarə etdiyi osmanlılar “Müsəlman Qardaşları”ndan da istifadə edərək xəlifəliyi yenidən gətirmək istəyir. İran isə ideoloji inqilabını yaymaq istəyir”, - o bildirib.