Türkiyə serial tarixində bir ilk - Qalmaqallı lezbiyan səhnəsi - FOTO

Baxış sayı:
697

Türkiyə serial tarixində mənfi yöndə bir ilk yaşanıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Blu TV-də yayımlanan "Behzat Ç" serialının sentyabr ayının 12-də efirə gedən seriyasında qalmaqallı səhnələr yer alıb.

Ekran işində cinayət axtarış şöbə işçisinin əməliyyat zamanı tanış olduğu qadınla öpüşmə səhnəsi gecənin ən çox müzakirə edilən mövzusu olub. Buna səbəb isə öpüşən tərəflərin hər ikisinin qadın olmasıdır.

Belə ki, türk filmlərində bir neçə dəfə lezbiyan səhnələrinə yer verilsə də, bu serialda ilk dəfə tətbiq olunub. Qalmaqallı səhnələr etiraz doğurub.