Türkiyə seçkilərində 4 müxalif PARTİYA İTTİFAQDA ANLAŞDI

Baxış sayı:
4465

CHP, İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası seçkilərdə ittifaq üçün razılaşdı.
 
AK Partiya və MHP-nin qurduğu "Cümhur İttifaqı" blokunun qarşısında müxalifət blokunda da ittifaq məsələsində razılıq əldə olunub. Partiyaların ittifaq protokolunu Ali Seçki Şurasına təqdim edəcəyi son tarix olan 6 maya az bir müddət qalmış, CHP, İYİ Partiya, SP və DP yaradacağı ittifaq üçün prinsipdə razılıq əldə etdikləri bildirilir.
Hələ imzalanmayan ittifaq protokoluna görə, partiyalardan CHP, İYİ Partiya və SP ilk turda öz prezidentliyə namizədini çıxaracaq.
Prezidentliyə namizədlərdən hansı ilk turda ən yüksək səs alarsa, ikinci turda o namizədin ətrafında dörd partiya birləşəcək.
 
DP FORMUL AXTARILIR
 
Dörd partiya əsl ittifaqı isə Məclisdə əksəriyyəti təmin etmək üçün edəcək. Razılığa görə, dörd partiya deputat seçkilərində ittifaq edəcək. Hər partiya öz deputatlığa namizədlərini təqdim edəcək. Ancaq bəzi kritik yerlərdə ittifaq içində yer alan partiyalar nəticə almaq üçün ən güclü olan partiyanın namizədlərinə dəstək verəcək.
Müxalifət.az