Türkiyə Əsədin daha bir təyyarəsini MƏHV ETDİ - Bu, üçüncü oldu...

Baxış sayı:
2098

Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 döyüş təyyarələri Bəşər Əsəd rejiminin daha bir döyüş təyyarəsini vurub.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA rəsmi xəbər agentliyi informasiya yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriya rejiminin L-39 tipli təyyarəsinin vurulduğu təsdiqlənib.

Qeyd edək ki, bu, “Bahar qalxanı” hərəkatı çərçivəsində İdlibdə Türkiyə tərəfindən vurulan 3-cü təyyarədir.