Türkiyə Əsəd ordusuna zərbə endirdi

Baxış sayı:
2427

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində 21 hədəfi atəşə tutub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına əsasən, zərbə ölkənin şimali-qərbindəki Türkiyə mövqelərinin Suriya ordusu tərəfindən atəşə tutulmasına cavab olaraq endirilib.

Belə ki, bir qədər əvvəl həmin ərazidə türk hərbçisi şəhid olmuşdu.