Türkiyə sakinləri Azərbaycanı dəstəkləmək üçün küçələrə çıxdılar - FOTO

Baxış sayı:
1342

Türkiyənin bir çox vilayətlərində Azərbaycanın, torpaqlarının erməni işğalından azad olunması istiqamətində səylərinə dəstək tədbirləri davam etdirilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiya İstanbul, Antalya, Sivas, Ədirnə, Elazığ,  Ərzurum və digər əyalətlərdə keçirilib.

Aksiya iştirakçıları Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillərdə şəhərlərin mərkəzi küçələri ilə hərəkət ediblər. Onlar "Qarabağ bizimdir, bizim olacaq!» şüarı səsləndiriblər.

Türkiyənin şərqində yerləşən Ərzurum şəhərinin tarixi yerləri Türkiyə və Azərbaycan bayraqlarının rəngləri ilə bəzədilib.