​Türkiyə S-400-ü aldı: Bununla kifayətlənməyəcəyik

Türkiyə Rusiyadan S-400 raket kompleksini almağa nail olub.
Muxalifet.az "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Nurəddin Canikli məlumat verib.
"O iş bitib. S-400 raket kompleksini artıq Rusiyadan almışıq. Bundan sonra sözügedən raket kompleksi ilə kifayətlənməyəcəyik. Havadan müdafiə sistemlərimizi inkişaf etdirmək yolunda çalışırıq. Bu texnologiyaya yerli imkanlarla sahib olmağı hədəfləyirik", - Canikli bildirib.