“Türkiyə S-400-lərlə NATO-ya mesaj verdi” - SABİQ NAZİR

Türkiyənin Rusiyadan S-400 zenit raket sistemlərini almasını Ankaranın NATO-ya mesajı kimi dəyərləndirmək lazımdır.
 
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış söyləyib.
“S-400-ləri almaqla Türkiyə NATO ölkələrinə öz münasibətini göstərdi. NATO indiyə qədər Türkiyə ilə öz raket sistemləri barədə danışıqlar aparırdı. Alayns Ankaraya qarşı bu istiqamətdə bir sıra qəbuledilməz şərtlər irəli sürdü. NATO bizdən çox böyük ödəniş tələb edirdi. Bundan sonra Ankara NATO-ya mesaj göndərərək istənilən an Rusiyanın tərəfinə keçə biləcəyini göstərdi. Lakin Ankara heç vaxt tam olaraq Rusiyaya yönəlməyəcək. Biz bundan sonra da NATO-da qalacağıq” – o bildirib.