Türkiyə S-400-ləri almasa nə olardı? 60 döyüş gəmisi Türkiyəyə qarşı yerləşdirilib - TƏHLIL

Baxış sayı:
1213

Haber7.com-un yazarı Taha Dağlı S-400-lərin Ankaraya gəlişi ilə əlaqədar "S-400-ləri almasaq nə olardı" adlı bir məqalə yazıb.
 
Taha Dağlı – Haber7
 
Əgər ABŞ-ın təhdidlərinə boyun əyib, S-400 havadan müdafiə sistemlərini almaqdan imtina etsəydik nə olardı?
Bu gün Türkiyəyə "S-400 alma" deyənlər, 2016-nın avqustunda Fərat Qalxanı Hərəkatına başlarkən də "Suriyaya girmə" deyirdi.
O gün təhdidlərə fikir verilmədi, Suriyaya girildi.
Sərhədin qarşı tərəfində İŞİD ilə birlikdə PKK-nın əhəmiyyətli hissələri yox edildi.
Türkiyə bu gün hələ də Suriyada və terrorun Fəratın şərqindəki uzantılarını da məhv etmək üçün gün sayır.
S400-lərin gəlişiylə Türkiyə Fəratın şərqinə yönəlik əməliyyat üçün əhəmiyyətli bir addım atmışdır.
Türk əsgəri qurudan Fəratın şərqinə girdiyində, havadan da Türkiyə lehinə bir təhlükəsiz bölgə meydana gələcək.
Bu mənada S-400 Suriyada sabah, o biri gün Türkiyə adına həm potensial təhlükələri caydıracaq, həm də əməliyyat gücünü artıracaq.
Bu gün Türkiyəyə "S-400 alma" deyənlərlə, Türkiyəyə "Şərqi Aralıq dənizindən çəkil" deyənlər eyni ölkələrdir.
Türkiyə niyə Şərqi Aralıq dənizində iki qazma, bir araşdırma gəmisiylə fəaliyyət icra edir?
Çünki Kipr açıqlarında Türkiyənin beynəlxalq haqları var.
O bölgədə təbii qaz ehtiyatları var.
Türkiyə beynəlxalq haqlarını müdafiə edərək təbii qazının qəsb edilməsinə qarşı mübarizə edir.
Türkiyənin qarşısında isə 12 ölkəyə aid 60-dan çox döyüş gəmisi yerləşdirilib.
S-400lər Türkiyəni Şərqi Aralıq dənizindəki ola biləcək təhlükələrdən qoruyacağı kimi, Türkiyənin qanuni haqqı olan təbii qaza çatma prosesindəki fəaliyyətlərində də təhlükəsizliyini təmin etmiş olacaq.
Bu gün Türkiyəyə "S-400 alma" deyənlərlə, Türkiyəyə "nüvə enerjisindən imtina et" deyənlər də eyni kəslərdir.
S-400-lər Suriya-İraq və Şərqi Aralıq dənizindəki müsbətlərlə yanaşı, Akkuyu Atom Stansiyası və Türkiyənin irəliləyən prosesdə nüvə enerji ölkəsi olma yolundakı həmlələrində də bir təhlükəsizlik çətiri olacaq.
Qısacası, əgər Suriya-İraqda PKK kimi bir problemimiz olmasa, Şərqi Aralıq dənizində haqlarımızın qəsbinə yönəlik mübarizəmiz olmasa, adı S-400, ya da başqa bir şey olsun, havadan müdafiə sisteminə sahib olmamız bəlkə də bu qədər zəruri olmayacaqdı.
Amma Suriya-İraqda terror təhdidiylə Şərqi Aralıq dənizində təbii qaz qəsb cəhdləri buz kimi ortada dayanır.
Bu iki məsələ Türkiyənin qırmızı xəttləridir.
Bu qırmızı xəttlərdən imtina etmək Türkiyə adına fəlakət olar.
Burnumuzun dibində bizə aid təbii qazı çıxararlar və sabah, o biri gün biz öz təbii qazımızı başqalarından pulla satın ala bilmək üçün növbədə durarıq.
Burnumuzun dibində Suriyada, İraqda PKK-ya terror dövləti qurarlar, biz də təxminən 1300 kilometrlik cənub sərhədimizdə bir terror təşkilatıyla qonşu olmaq məcburiyyətində qalarıq.
Suriya və Şərqi Aralıq dənizi məsələsi qırmızı xətt olaraq dayandığı müddətcə, havadan müdafiə sistemi olmayan bir Türkiyə, "Suriyadan çəkil", "Şərqi Aralıq dənizindən çıx" deyə təhdidlər sovuranlara boyun əydiriləcək.
Bu müddətdən etibarən Türkiyənin beynəlxalq diplomatiyada əli daha qüvvətli olacaq.
S-400-lərlə bağlı bir sıra məhdudiyyətlər ola bilər.
Amma ola biləcək ABŞ sanksiyalarının Türkiyəni ümumi mənada hədəf alan bir embarqo olmadığı da ortadadır.
CAATSA adlı ABŞ-ın rəqibləriylə sanksiyala mübarizə qanunu çərçivəsində gündəmə gətirilən sanksiya siyahısında hədəflər fərdidir.
Eynilə keçən yay Keşiş Brunson nümunəsində olduğu kimi, şəxslərə yönəlik sanksiya qərarları ola bilər. Bunların da ölkəyə böyük mənada mənfi təsir edəcək ölçüdə olmadığı bilinməlidir.
Üstəlik, Türkiyə bu kimi təhdidlərə qarşı tədbirini ala bilən bir gücdür.
Bir başqa təhdid başlığı olan F35 döyüş təyyarələri proyektindən çıxarılma mövzusu isə yalnız Türkiyəni deyil, qarşılıqlı olaraq ABŞ və proyektin digər ortaqlarını da bənzər ölçülərdə mənfi təsir edə biləcək bir sanksiya addımı olacaq.
Hazırladı: Müxalifət.az