Türkiyə S-400-ləri aktivləşdirəcəkmi? Bu mübahisəyə prezidentin sözçüsü son qoydu

Baxış sayı:
7840

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Beştəpədəki Kabinet Yığıncağından sonra mətbuat konfransı təşkil edib. Kalın S-400-lərin Türkiyəyə gəldikdən sonra aktiv hala gətirilmədən gözlədiləcəyi yönündəki iddiaları yalanlayıb:
“S-400-lər çox yaxın bir tarixdə gətiriləcək. Yaxın günlərdə bu sistem Türkiyəyə gələcək və aktiv bir şəkildə istifadə ediləcək. Bəzi ssenarilər ortaya atılır. "Guya gətiriləcək, amma istifadə edilməyəcək, qutusunda dayanacaq" kimi şeylər ortaya atılır. Bunlar doğru deyil”.
Müxalifət.az