Türkiyə S-400-dən daha çox qazandı - ARAŞDIRMA

Baxış sayı:
14146

 Türkiyə Rusiya ilə qurduğu yaxın əlaqələrin bəhrəsini görməyə başlayıb. Rusiyadan Kremlin sözçüsü Dmitri Peskov S-400-lərin bəzi hissələrinin Türkiyədə birgə istehsal edilə biləcəyini deyib. Beləliklə Türkiyə hava müdafiə sistemlərində istehsalçı mövqeyinə gələcək.
 
S-400 hava müdafiə sisteminə dair ABŞ-ın təzyiqinə baxmayaraq dik duran Türkiyə, S-400 hava müdafiə sistemi müqaviləsini daha da irəli daşıyan bir mövqe əldə edib. Rusiyadan edilən açıqlamada, S-400-lərin bəzi hissələrinin Türkiyədə birgə istehsal ediləcəyi bildirilib. Məsələni dəyərləndirən İldırım Beyazıt Universitetinin müəllimi, professor Saleh Yılmaz, "Türkiyə S-400-ləri aldığı zaman Şərq və Qərb arasında bir seçim edəcək. Əgər Türkiyə bu seçimi etdiyi zaman iqtisadi, siyasi və hərbi mənada Qərbdən gələcək olan hücumlara özünü hazır hiss edirsə, Rusiya ilə etdiyi bu müqavilələrdə davam etməsi gərəkir. Türkiyə S-400-lər məsələsində müqavimətli olub, başqa mövzularda qazanc əldə etsə də, Şərq və Qərb arasında balans siyasətindən imtina etməməlidir" deyib.
 
Türkiyə gücünü isbat etdi
 
 Tədqiqatçı jurnalist Rusiya eksperti Saslanbek İsaev də, "Türkiyə güclü bir dövlətdir. Hazırda xarici siyasətdə izlənən yol doğru yoldur. Türkiyə ehtiyacı nədirsə, onu alır. Amerika hər istədiyini Türkiyəyə qəbul etdirə bilməz. Türkiyə regionda öz gücünü isbat etmişdir. Rusiya ilə bağlanmış müqavilədə S-400-dən başqa, bir çox fərqli nailiyyətlər əldə etmişdir. Hər bir ölkə bundan əvvəl öz maraqlarını düşünür və ona görə hərəkət edir. Rusiya ilə Türkiyə arasında aparılan müqavilələr öz maraqları istiqamətində imzalanmışdır. İrəliyə doğru investisiyalardır" deyə şərh edib.
"Ölkəmizin belə bir sistemə ehtiyacı var" deyən Ankara Rusiya Araşdırmaları İnstitutu (RUSEM) Hərbi və Təhlükəsizlik eksperti təqaüddə olan polkovnik Hayretdin Gülər isə, "Əlbəttə, Avropa tərəfindən bu sistemlər üzündən Türkiyəyə sanksiyalar olacaq. Amma Türkiyə sağlam duruşu ilə daha çox nailiyyətlər təmin etdi. S-400 ilə bağlı hazırda razılaşmalar imzalanıb, lazımi təlimlər verilir. Həmçinin başqa ölkələrdə S-300 istifadə edilir. Bunlara baxdığınız zaman Türkiyəyə qarşı bir haqsızlıq var. Hazırda Rusiya ilə əlaqələrimiz çox gözəl və uğurludur. Bu şəkildə davam etmək lazımdır" deyə bildirib.
Müxalifət.az