«Türkiyə Rusiyadan Be-200 amfibiya-təyyarələri almaq barədə düşünür» - Nazir

Baxış sayı:
214

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdəmirli bəyan edib ki, ölkəsi öz ərazisində meşə yanğınlarını söndürmək məqsədilə, Rusiyadan Be-200 «Altair» təyyarələri almaq barədə düşünür. Bu barədə «Hurriyet Daily News» nəşri xəbər verib.

Nazirin sözlərinə görə, bu təyyarələr Türkiyə tərəfini çoxdan maraqlandırır. Əgər Ankara və Moskva tədarük barədə razılığa gəlsələr, o zaman Türkiyə bu təyyarədən meşə yanğınları ilə mübarizə işlərində istifadə edəcək.

Rusiya təyyarələrinin alınması barədə ideya Rusiya və Türkiyə prezidentlərinin avqustun 27-də Moskva ətrafındakı Jukovsk şəhərində təşkil olunmuş beynəlxalq aviakosmik salonuna (MAKS-2019) baş çəkməsindən sonra ortaya çıxıb. Prezidentlər Rusiya müdafiə-sənayesi kompleksinin digər məhsulları ilə yanaşı, Be-200 təyyarələrinə də baxış keçiriblər.

Pakdəmirlinin sözlərinə görə, Türkiyə lideri bu aviatexnikanın alınması imkanlarıa baxılmasını ona tapşııb. «Növbəti görüşün gedişində biz, təyyarəni yoxlayacaq və onun qiymətini, həm də texniki xarakteristikasını müzakirə edəcəyik. Artıq biz, indi bu nəticəyə gəlirik ki, təyyarə bizim ehtiyacımızı ödəyə bilər» – deyə, nazir qeyd edib.