​Türkiyə, Rusiya və İranın XİN başçıları Moskvada görüşəcək

Baxış sayı:
3583

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın XİN başçısı Sergey Lavrov və onların iranlı həmkarı Məhəmmədcavad Zərif aprelin 28-də Moskvada görüşəcək.
 
Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, XİN başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, bu, aprelin 15-də ABŞ, Böyük Britaniya və Fransanın Suriyada Bəşşar Əsəd rejiminə məxsus kimyəvi obyektləri bombalamasından sonra nazirlərin ilk görüşdü.