Türkiyə, Rusiya və İran sərhəd boyunca HƏRBİ QÜVVƏLƏRİNİ BİRLƏŞDİRDİ

Baxış sayı:
8437

Türkiyə, Rusiya və İran Astana görüşlərində əldə etdikləri razılığa əsasən, 4 atəşkəs nöqtəsindən biri olan Suriyanın İdlib bölgəsində nəzarət məntəqələri qurub.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, nəzarət məntəqələri təyin edilmiş sərhəd xətti boyunca qurulub. Hazırda bölgədə Türkiyənin 12, Rusiyanın 10, İranın isə 7 nəzarət-keçid məntəqəsi var. Bu məntəqələr arasında ehtimal olunan riskləri aşağı salmaq üçün rabitə şəbəkələri də yaradılıb.
Astanada “atəşkəs bölgəsi” elan edilən ən geniş və çətin bölgə kimi dəyərləndirilən İdlibdə 3 ölkənin nəzarət məntəqələrinin tamamlanması ilə birlikdə bölgədə normal məişət həyatının yaranacağı bildirilir. Hərbi qaynaqlar sərhəd xətti boyunca təhülkəsizliyin təmin edildiyini xəbər verir.