Türkiyə, Rusiya və İran sabah masaya oturacaq

Baxış sayı:
8734

Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin sabah İsveçrənin Cenevrə şəhərində Suriya böhranına siyasi həll tapmaq üçün yeni konstitusiyanı hazırlayacaq komissiyanı elan etməsi gözlənilir.
 
Diplomatik mənbələrdən alınan məlumata görə, xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının (BMT) ofisində Rusiyalı və İranlı həmkarları ilə bir araya gələcək.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın sədrlik edəcəyi toplantıda dördlüyün Konstitusiya Komitəsinin yaradıldığını elan etməsi gözlənilir.
 
Konstitusiya Komitəsi 15 nəfərdən ibarət olacaq
 
BMT Təhlükəsizlik Şurasının 2254 (BMT TŞ) saylı qətnaməsi çərçivəsində siyasi keçid prosesində Suriya Konstitusiyasının yenidən yazılması nəzərdə tutulmuşdu. 2018-in yanvarında Soçidə keçirilən Milli Dialoq Konqresində BMT, Türkiyə, İran və ev sahibi Rusiyanın nümayəndələri ilə Suriyalı tərəflər bir Konstitusiya Komitəsinin yaradılmasına qərar vermişdi.
150 nəfərdən ibarət olacaq Konstitusiya Komitəsində rejim və müxaliflər hərəsi 50 adam müəyyənləşdirərkən, De Mistura da son 50 nəfəri Suriyalı ziyalı və vətəndaş cəmiyyəti nümayəndələri arasından seçəcəkdi.
İlk 50 nəfərlik qrup üzərində nisbətən qısa müddətdə razılaşan tərəflər son qrup məsələsində rejimin qeyri-konstruktiv mövqeyi üzündən münaqişə yaşamışdı.
De Mistura il ərzində Cenevrədə təminatçı ölkələr, rejim və müxalifət nümayəndələrilə görüşlər keçirərkən, Türk, Rus və İranlı rəsmiləri komitə yaradacaq şəxslər üzərində razılaşmaq üçün dəfələrlə bir araya gəlmişdi.
Türkiyə görüşlər ərzində komitənin "balanslı və mötəbər" xarakterdə olması lazım olduğunu vurğulamışdı.
İstanbulda 27 oktyabrda keçirilən Suriya Sammitində Türkiyə, Rusiya, Almaniya və Fransa liderləri komitənin 31 dekabra qədər qurulması məsələsində razılıq əldə etmişdi.
Müxalifət.az