Türkiyə, Rusiya üçün HƏRƏKƏTƏ KEÇDİ

Baxış sayı:
3746

Ötən günlərdə Suriyanın İdlib şəhərində vurulan Rus təyyarəsinin pilotu Filip Romanovun Türkiyənin dövrəyə girməsi ilə birlikdə nəşinin alındığı bildirildi.
 
Rusiya Müdafiə Nazirliyi, İdlibdə vurulan Rus döyüş təyyarəsində həyatını itirən Rus pilotun nəşinin Rusiyaya təslim edilməsində Türkiyənin yardımı olduğunu açıqlayıb.
 
PARAŞUTLA TULLANDI, MÜHASİRƏYƏ ALINANDA ÖZÜNÜ PARTLATDI
 
İdlibdə Su-25 təyyarəsinin pilotu Roman Filipov təyyarənin vurulmasından sonra özünü paraşutla ataraq yerə enmişdi. Yerdə də müqavimət göstərən pilot Filipov, ətrafı tamamilə mühasirəyə alınınca bir əl bombası ilə özünü partlatmışdı.
Filipova ölümündən sonra Rusiya Qəhrəmanı ordeni verilib.
Qeyd edək ki, Rus pilotun nəşinin alınması və Rusiyaya göndərilməsindən sonra Rus hərbi dairələr vurulan təyyarənin motoru daxil, bütün hissələrinin tapılıb, Moskvaya göndərilməsi yönündə də Türk həmkarlarından yardım istəyib.
Müxalifət.az