Türkiyə Rusiya raketlərini Azərbaycanda yerləşdirə bilər?

Baxış sayı:
15967

ABŞ-ın Rusiya raketlərinə görə Türkiyəyə təzyiqi artır. Ona görə də Ankarada bu təzyiqin yumşaldılması mexanimizini fikirləşirlər. Bu mexanizmlərdən biri də Rusiya raketlərinin müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirilməsi ola bilər. Azərbaycan Qətərdən daha münasib variantdır. Çünki Qətərdə ABŞ-ın hərbi bazası var və Vaşinqton hərbi bazasının yaxınlığında Rusiya raketlərinin olmasını istəməz. Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Elxan Şahinoğlu bunun Azərbaycanın təhlükəsizliyi baxımından yararlı ola biləcəyini, qardaş ölkənin super güc dövlətlərlə münasibətlərinin yoluna qoyulacağına da müsbət təsir edəcəyini qeyd edib. E.Şahinoğlu həmçinin S-400-lərinAzərbaycanda yerləşdirilməsinin Emənistana qarşı təzyiq vasitəsi ola biləcəyini də vurğulayıb: “Əslində S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi ideyası Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Birincisi, bununla həm Türkiyənin Azərbaycanda hərbi bazası rəsmiləşəcək və buna Rusiya etiraz etməyəcək. Çünki həmin hərbi baza məhz Rusiyanın raketlərinə qulluq etmək üçün yaradılacaq. İkincisi, S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi işğalçı Ermənistana təzyiq vasitəsi olacaq”.