TÜRKİYƏ-RUSİYA DOSTLUĞU SINAĞA ÇƏKİLİR – “Bu əməliyyat təkcə «kartları qarışdırmayıb», həm də…”

Baxış sayı:
6091

Rusiya-Türkiyə münasibətlərinin qədim tarixi var və ötən müddətdə yüksəliş və enmələr baş verib, son vaxtlar isə onların dostluğu qarşılıqlı-faydalı və möhkəm olub. Ancaq ekspertlərin fikrincə, indi Türkiyənin Suriyada hərbi əməliyyat keçirdiyi bir vaxtda, Moskva və Ankaranın dostluğunu təlatümlər və möhkəmliyə sınaqlar gözləyir.

«Le Fiqaro» nəşrinin müxbiri İzabel Oasserin yazdığına görə, Türkiyənin Suriyada keçirdiyi əməliyyat bölgədə təkcə «kartları qarışdırmayıb», həm də Rusiya-Türkiyə münasibətlərini sınağa çəkib.

Moskva və Ankara fərqli dövrlər yaşayıblar: belə ki, 2015-ci ildə çoxları hətta ehtiyat edirdilər ki, onların arasında hərbi münaqişə alovlanacaq. Amma az vaxtdan sonra onların arasında dostluq münasibətləri bərpa olunaraq, beynəlxalq siyasi səhnənin fərqləndirici nümunəsinə çevrilib.

Bunun səbəbləri var. Qərbə yönəlik münasiətlərini nəzərə alsaq, onlar bir-birlərini əla başa düşürlər. İkisi də geosiyasi tarazlığın əvəzinə, inkişaf etməkdə olan ölkələrin mövqeyinin möhkəmlənməsinə ümid edirlər.

«Ərdoğanın və Rutinin eyni liderlik stili var. Onlar Qərbə qarşı duran iki güclü adamlardır – müstəqil şəkildə hərəkət edirlər və öz ölkələrinin gələcəyini fikirləşirlər. Onlar bir-birini başa düşürlər» – deyə, nəşr londonlu politoloqun fikrindən sitat gətirir.

Türkiyədə 2015-ci ildə baş vermiş çevrilişə cəhd onların dostluğunu daha da möhkəmləndirdi. Ərdoğan əmindir ki, ABŞ bu cəhddən xəbərdar olub. Avropa İttifaqı (Aİ) isə o zaman məsələyə lazımi «üzrxahlıq» reaksiyası vermədi. Putin isə əksinə, dərhal Ərdoğanı dəstəklədi.

Qiyamdan sonra Ərdoğanın avtoritarizmə meyllənməsi bu ölkələri daha da yaxınlaşdırdı və Qərbən bir qədər də uzaqlaşdırdı. Hər iki lider mövcud dünya düzənini tənqid edir. Ərdoğan Türkiyəni təkcə bölgəsel yox, həm də qlobal gücə çevirməyə çalışır. Məhz Suriyanın və Rusiya ilə müttəfiqliyin sayəsində Türkiyə indi dünya səhnəsində diqqət çəkməyə başlayıb.

Moskva isə bundan o faydanı gözləyir ki, Türkiyəni ABŞ-ın orbitindən kənarlaşdırsın. S-400 sistemlərinin Türkiyəyə göndərilməsi imkan verdi ki, o, NATO daxilində «yer alsın». Bundan da alyans zəifləsin.

Məqalə müəllifi qeyd edir ki, Rusiya-Türkiyə münasibətlərinin zəif tərəfləri də var. Belə ki, Krım məsələsinə, Bəşər Əsədin gələcəyinə, Balkan və Qafqaza yönəlik onların fikirləri haçalanır. Türkiyə Qərbdən üz çevirməyəcək – onunla sıx bağlıdır. Ankara təhlükəsiliyinin təmini məsələsində NATO-ya ümid bəsləyir və miqrasiya dalğalarının tənzimlənməsi məsələsində Avropa Türkiyəyə lazımdır.

Mümkündür ki, Türkiyə günlərin birində NATO ilə Rusiya arasında seçim etməli olsun. Məqalə müəllifi sual verir: Türkiyə hansı dərəcədə NATO-nun tələbləri ilə hesablaşmaya bilər - məsələn, elə həmin S-400 kompleksinə yönəlik?

Müəllif qeyd edir ki, bu baxımdan, Türkiyənin Suriyada başladığı əməliyyat onun Rusiya ilə münasibətləri üçün bir sınaq olacaq. Qərblə kürdlərin müttəfiqlik münasibətləri artıq Ərdoğanla Putinin yaxınlaşmasına öz təsiri göstərib. Ancaq eyni zamanda, Kreml Ankaranı Suriyadakı dinc tənzimləmə prosesinə mane olmamağa çağırır.

Bu gün Rusiya Suriyada kürdlər də daxil, münaqişənin bütün tərəfləri arasında vasitəçi rolunda çıxış edir. Son məlumatlara görə, artıq Rusiya Əsəd rejimi ilə kürdləri «barışdırıb» – aydınır ki, bu «barışıq» Türkiyəyə qarşı istiqamətlənib. Ona görə də məqalə müəllifi bu qənaətə gəlir ki, Moskva və Ankara arasında münasibətləri təlatümlər gözləyir.//azpolitika