Türkiyə rəsmisi: Avropa İttifaqı suriyalı qaçqınlara maliyyə dəstəyini artırmalıdır

Baxış sayı:
2848

Avropa İttifaqı Türkiyədə suriyalı qaçqınları maliyyələşdirmək üçün ayrılan 6 milyon avrodan daha çox pul xərcləməlidir və həmin pulun axınını sürətləndirməlidir. Bunu Türkiyə XİN-nin Avropa İttifaqı ilə əlaqələndimə üzrə rəsmisi bildirdi.
Avropa İttifaqı Türkiyədə təxminən 3.5 milyon suriyalı qaçqına dəstək məqsədilə maliyyə ayırdı. Türkiyə isə cavab olaraq onların Avropaya immiqrasiyasınn qarşısını almağa razılaşdı.
“Pulun axını sürətləniriməlidir və vəsaitlərin həcmi artırılmalıdır” – deyə, Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı bildirdi.
“Böhran davam etdiyi müddətdə biz birlikdə işləməliyik. 6 milyard avro problemi həll etməyəcək,”Kaymakçı İstanbulda müxbirlərə bildirdi.
Bu yardımı 2015-ci ildə ayıran Avropa İttifaqı bildirir ki, qaçqınlara 5.6 milyard avrodan çox pul ayrılıb və 2.4 milyardan çox pul artıq ödənilib.
Kaymakçı deyib ki, qaçqınlara ev sahibliyi etmək Türkiyəyə ümumilikdə təxminən 40 milyard dollara başa gəlib.
Avropanın Türkiyə ilə əlaqələri bir neçə səbəbdən gərginləşib. Buna Türkiyənin oktyabr ayında Suriyanın şimal-şərqində PKK/YPG terrorçu dəstələrinə qarşı apardığı "Sülh mənbəyi" hərəkatı da daxildir.
Türkiyə oktyabrın sonunda avropalıların Türkiyənin qaçqınları Suriyanın şimal-şərqinə yerləşdirmək planını dəstəkləmədiyi təqdirdə “qapıları açaraq” qaçqınların Avropaya axınına icazə verəcəyi ilə hədələmişdi.
Muxalifet.az