Türkiyə qorxusu iki ölkəni ayağa qaldırdı

Baxış sayı:
511

Yunanıstan Xarici İşlər naziri Nikos Dendias parlamentdəki partiyaların təmsilçiləri ilə bir araya gəlib onları ABŞ-la imzalanması gözlənilən yeni milli müdafiə müqaviləsi ilə bağlı məlumatlandıracaq.
Razılaşmanın sabah ABŞ Dövlət Departmentinin rəhbəri Mayk Pompeonun paytaxt Afinada olacağı zaman imzalanması gözlənilir.
“ABŞ ilə əldə olunacaq razılaşma Yunanıstanın mənfəətini qoruyacaq və Egey ilə Şərqi Aralıq dənizində sabitlik və təhlükəsizliyin bir ünsürü olacaq”, - nazir tvitterində qeyd edib.
Yunan mətbuatında dərc olunan xəbərlərə görə, bitmə tarixi olmayan razılaşma Yunanıstanda yeni hərbi bazaların qurulmasını ehtiva edir.
Yunanıstan Müdafiə naziri Nikos Panaqiotopoulosun sözlərinə görə, ABŞ-ı Yunanıstanda yeni bazalar qurmağa vadar edən səbəb Türkiyə qorxusudur. Nazirin fikrincə, Türkiyənin NATO üzvü olan qərb ölkələrindən uzaqlaşması ABŞ-ı Yunanıstanla münasibətlərini möhkəmləndirməyə məcbur edir.//Publika.