​Türkiyə Qorxmazı ABŞ-dan tələb etdi

Baxış sayı:
2935

Türkiyə Ədliyyə naziri Əbdülhəmid Gül ABŞ-ın Baş prokuroru Cef Seşnsə məktub göndərərək, Rza Zərrabın işi üzrə ABŞ-da ifadə verən keçmiş polis əməkdaşının Türkiyəyə qaytarılmasına çağırış edib.
Muxalifət.az xəbər verir ki, Gül məktubunda Ankaranın ABŞ-ın bu addımından təəssüfləndiyini bildirib.
“Türkiyə təhlükəsizlik qüvvələrinin keçmiş əməkdaşı Hüseyn Qorxmazın 11 dekabr 2017-ci ildə ABŞ məhkəməsində ifadə verməsi faktından çox təəssüfləndik. Bu insan FETÖ təşkilatında üzvlükdə ittiham olunaraq, axtarışa verilib. Bu bir daha göstərir ki, Türkiyənin bu məhkəmə işinə qarşı şübhəsi əsassız olmayıb”, - məktubda vurğulanıb.
Qeyd edək ki, bundan öncə Qorxmazın Zərrab işi ilə bağlı ifadə verməyə hazır olması haqqında informasiya yayılıb. “Hürriyet” qəzeti Federal Təhqiqatlar Bürosunun bunun üçün Qorxmaza 50 min dollar ödədiyini bildirib.
Zərrab noyabrın sonundan məhkəmədə özünün təqsirkar olduğunu etiraf edib və İrana qarşı embarqo qadağasının yarılmasında iştirak etdiyini bildirib. O, bu işdə Türkiyənin dövlət bankı olan “Xalqbank”ın rəhbər heyəti ilə birgə hərəkət etdiyini açıqlayıb./axar/