​Türkiyə Qəndili bombalayarkən İranda PJAK terroru?

Muxalifət.az xəbər verir ki, İranın şimal-qərbində Türkiyə sərhədinə yaxın nöqtədəki Çaldıran şəhərində baş verən atışmada 8 nəfər İran hərbçisi dünən axşam saatlarında öldürülüb.
Dövlətin rəsmi İRNA agentliyi tərəfindən verilən açıqlamada İran hərbçilərinə hücum edənlərin “terrorçular” olduğu açıqlansa da, hər hansı bir qrupun adı çəkilməyib. Hələ ki, heç bir terror qrupu hadisənin məsuliyyətini öz üzərinə götürməyib, İran ilə PKK terror təşkilatının İrandakı şaxəsi PJAK arasındakı atəşkəsin pozulub-pozulmaması maraq doğurub... Qeyd edək ki, Türkiyə dövləti də son günlərdə Şimali İraqda PKK-ya qarşı təzyiqlər xeyli artırıb.
Həlak olanlardan 3 nəfəri sərhədçi olub.