“Türkiyə qarşıdakı 30 ildə Moskvanı seçdi” - Korotçenko

Baxış sayı:
1003

Türkiyənin Qərbdən olan müttəfiqlərinin iradlarına baxmayaraq Rusiyanın S-400 zenit raket komplekslərini almaq niyyəti ölkənin təhlükəsizlik məsələlərində müstəqilliyini qorumağa hazır olduğunu göstərir.
Bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Ekspertin sözlərinə görə, Türkiyənin Rusiyadan belə bir silah alması ona hava məkanına tamamilə nəzarət edə bilmək və hücum edənlərə qarşı bu silahı tətbiq etmək imkanı yaradan yeni geosiyasi status qazandırır. Ankara isə Vaşinqtondan asılı olmadan hərəkət etməklə hərtərəfli təzyiqlərə məruz qalır.
“S-400-lərin dövrünün 30 il olduğunu anlamaq lazımdır. Türkiyə şüurlu şəkildə qarşıdakı 30 il ərzində Rusiya ilə yaxınlaşmanı seçir”, - ekspert bildirib.