Türkiyə qarşı qurulan xain planlar - TƏHLİL

Baxış sayı:
343

Taha Dağlı – Haber7
 
İstanbulda seçki yenilənir deyə Qərb dünyasından açıq təcavüz var Türkiyəyə.
 
 Bəs həmin qüvvələr sərhədlərimizin xaricində nələr edir?
 
Şərqi Aralıq dənizdə Qaz Dəstəsi yaratdılar
 
 Türkiyə Şərqi Aralıq dənizində Şimali Kiprin hüquqlarını qorumağa çalışarkən, başda ABŞ olmaqla, İsrail, Fransa, İtaliya, Yunanıstan, Misir kimi Aralıq dənizinə sahili olsun, olmasın bir çox ölkə Yunanlar üzərində yaradılan tək tərəfli masalarda Türkiyəyə qarşı qaz müharibəsinı başlayıb.
Ortada çox ciddi bir böhran var, böhranın həlli ətrafında qaz quyularının yerləşdiyi Kipr adasının yalnız Yunanlar tərəfindən deyil, Türklər tərəfindən də təmsil edildiyinin qəbul edilməsindən keçir. Ancaq sözügedən təcavüzkar qüvvələr adada yalnız Yunan suverenliyini tanımaq vasitəsilə bir qəsb dəstəsi yaratmış vəziyyətdədirlər.
Şərqi Aralıq dənizi üzərindən Türkiyəyə qarşı hücum və təhdidlər davam edərkən, CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlu həftə sonu Şimali Kiprə gedib. "Türkiyədə demokratiya savaşı veririk" deyən İmamoğluna adadakı Türklərdən təpkilər verilib.
İmamoğlu Rauf Denktaşın abidə məzarını da ziyarət edib, abidə dəftərinə eynilə 2 apreldə Atatürk xatirə dəftərinə yazdığı kimi "İstanbul Böyükşəhər Bələdiyyə Sədri” imzasını atıb.
Əkrəm İmamoğlu Rauf Denktaşın özəl dəftərinə isə 2017-ci ildə Beylikdüzündə tikdirdiyi Kipr mövzulu heykəli xatırladıb "İstanbulda Beylikdüzündə sizlərin abidəsini inşa etməyimin şərəfini yaşayıram. Ruhun şad olsun" deyə yazıb.
Halbuki o abidədə Rauf Denktaşla birlikdə Kipr Türklərinin qatili olan Makaryosun da heykəli vardı. İmamoğlu Makaryosdan danışmayıb, əlbəttə. Ancaq Şərqi Aralıq dənizinin qazı səbəbindən Yunanlar üzərindən Türkiyəyə qarşı təcavüz siyasəti aparanların seçki prosesində AK Partiyaya müharibə açıb, İstanbula Makaryos heykəli ucaldan İmamoğluna açıq dəstək vermələri də hədsiz dərəcədə cəlbedici və diqqətdən qaçırılmayacaq bir hadisədir.
 
ABŞ YAXIN ŞƏRQİ DÖYÜŞ GƏMİLƏRİ MÜHASİRƏYƏ ALDI
 
 Bu prosesdə diqqət çəkən digər bir əhəmiyyətli hadisə ABŞ-ın Yaxın Şərqə göndərdiyi yeni döyüş gəmiləri oldu. Bundan başqa, Patriot batareyaları da göndərilib. Təhdidin İrana yönəlik olduğu vurğulanır. İran isə təhdidə təhdidlə cavab verdi. Ortada tam bir müharibə vəziyyəti var. ABŞ-ın Aralıq dənizindəki döyüş gəmilərindəki hərəkətlilik də gərginlik artıran digər bir diqqətçəkən məqamdı.
 
ABŞ İRAN ÜZƏRİNDƏN TÜRKİYƏNİ DƏ TƏHDİD ALTINA ALMAĞA ÇALIŞIR
 
 ABŞ ilə İran döyüşürmü, məchuldur, lakin mövcud şəraitdə Türkiyəyə qarşı Amerikan təhdidləri daha da artmış vəziyyətdədir. Seçki qərarı ilə birlikdə ABŞ və Avropadakı faiz lobbisi iqtisadi hücuma keçdi.
 
Amerikanın S-400 və F-35 təhdidləri davam edir.
 
 İrandan enerji idxalına qarşı sərbəstlik başa çatıb, ABŞ İranla ticarət üzərindən də Türkiyəni hədəf alır.
Bir sonrakı addımın ABŞ-ın “Müsəlman Qardaşlar” təşkilatını terror təşkilatı elan edəcək olması da yenə Türkiyəyə yönəlik təzyiqləri müşayiət edəcəkdir.
Bütün bu proses Şərqi Aralıq dənizindəki şantajla birlikdə oxunduqda Türkiyə imperialist güclərin demək olar ki, hamısına görünməmiş bir müqavimət göstərməkdədir.
 
SURİYADA PKK HÜCUMLARI
 
 Qərb Türkiyəyə seçki üzərindən hücum edərkən, Suriyada PKK terrorçularının də Türkiyəyə yönəlik təhdidlərini artırdığını görürük. Xüsusilə Tel Rıfat üzərindən Fərat Qalxanı bölgələrinə hücumlar intensivləşib. Türkiyə Rusların çəkilməsindən sonra Tel Rifatdakı PKK terrorçularını bu prosesdə mütləq məhv etməlidir. ABŞ ilə Türkiyə arasındakı problemli bölgələr olan Münbiç və Fəratın şərqinə qarşı atılacaq addımlarda Tel Rifatın strateji əhəmiyyəti var. Əlbəttə bu arada PKK-nın Suriyadakı hücumlarına ağırlıq verdiyi bu prosesdə terror təşkilatının Qəndildən seçki işləri aparıb, İstanbul üçün CHP-yə ard-arda verdiyi dəstək çağırışlarını da bir kənara qeyd etmək lazımdır.
 
PKK HÜCUM EDƏRKƏN ƏSƏD DƏ HÜCUMA KEÇDİ
 
 Suriyada rejim qüvvələri və xüsusilə də Ruslara sadiq “Pələng Briqadaları”nın son günlərdə Xama və İdlibə qarşı hücumları da artıb. Hücumlar səbəbiylə Türkiyə sərhədinə yaxın nöqtələrə miqrasiya axını başladı. Ruslar hücumları İdlibin şimalından çox cənubuna artırarkən, Xama üzərindən Lazkiyəyə bir xətt açmağı planlaşdırır.
 
SUDAN ÜZƏRİNDƏN TÜRKİYƏYƏ TƏHDİDLƏR
 
 BƏƏ-nin Sudandakı çevrilişdən sonra Sudandakı Hərbi Şuraya qarşı təzyiqləri da artıb. Bu təzyiqlər Misirdəki çevrilişçi Sisi rejimi üzərindən aparılır və hədəflərində Türkiyənin Sudanda Sevakin adası üçün etdiyi müqavilə var. BƏƏ ilə Misir Sudandakı Hərbi Şuraya müqavilənin ləğvi üçün təzyiq edərkən, Türkiyə bir tərəfdən də Sudandakı əmanətləri üçün mübarizə aparır.
 
FƏLƏSTİN ÜZƏRİNDƏN İSLAM COĞRAFİYASINI DİZAYN
 
 ABŞ-İsrail isə Fələstində Fələstinlilərin buraxılmayacağı şəklində hazırlanan “əsrin müqaviləsi” adlı layihənin həyata keçirilməsi üçün gün sayır. Bu layihəylə birlikdə Sionist dövlətin böyüdülməsi, Fələstin ünsürlərinin məhv edilməsi, bölgənin İordaniya və Misir üzərindən yenidən dizayn edilməsinin önü açılır. İsrail bu planı icra etdirdiyi təqdirdə dənizdən Afrika və Yəmənə qədər açılma imkanı tapacaq. Bu layihəylə birlikdə Liviyadakı ABD-İsrail-BƏƏ dəstəkli hücumları da unutmamaq lazımdır. Haradasa bütün şər güclərin Müsəlman coğrafiyasında apardıqları bütün bu qanlı planların qarşısında isə ağıllı dayana biləcək yeganə qüvvə var, o da Türkiyədir.
Hazırladı: Müxalifət.az