TÜRKİYƏ QARA DƏNİZDƏ YENİ HƏRBİ BAZA YARADIR

Baxış sayı:
6829

Türkiyə Qara dənizin şərq sahilində yeni hərbi baza yaratmağa başlayıb. Yeni hərbi obyekt Trabzon şəhərindən 40 km məsafədə olan Sürmene rayonunda yerləşəcək. Hərbi bazada 400 nəfər hərbçinin xidmət edəcəyi gözlənilir.

Türkiyə mətbuatının yazdığına görə, Kerç boğazında Ukrayna ilə Rusiya arasında baş vermiş insidentdən sonra ABŞ Qara dəniz sularına öz hərbi gəmilərini göndərmək niyyətini bəyan elədikdən sonra Ankara bu addımı atmağı qərara alıb.

Hazırda Türkiyənin dörd dənizdə səkkiz hərbi-dəniz bazası mövcuddur./ Hurriyyet.org