"Türkiyə qanadlanıb uçacaq..." - Ərdoğan AB-ni TƏHDİD ETDİ

Baxış sayı:
6349

Türkiyə iynə ilə quyu qazmaq dönəmini geridə qoydu və indi qanadlanıb uçmaq ərəfəsindədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnnovasiya həftəsi ilə bağlı təşkil edilən mərasimlərdən birində çıxışı zamanı deyib.
“Biriləri bizi öz daxilimizdə qapanmağa təhrik edir. Amma biz bu tələyə düşməyəcəyik. Hər sahədə ölkəmizi zirvələrə qaldıracağıq. Bu gün Avropa Birliyi (AB) ölkələri dinc şəraitdə yaşamalarını Türkiyənin 4 milyon miqrantı öz ərazisində qonaq etməsinə borcludur”, - deyə dövlət başçısı bildirib.