Türkiyə prezidentinə sui-qəsd cəhdi olsaydı... - BU APARAT TƏHLÜKƏSİZLİYİ QORUYUR
Son zamanların ən yaxşı texnologiyası kimi qəbul edilən dronlar hərbi və mülki sahələrdə üzərilərinə düşən bir çox vəzifənin öhdəsindən faydalı şəkildə gələ bilir.
Muxalifet.az xəbər verir ki, lakin bu texnoloji vastədən pis məqsədlər üçün istifadə olunarsa, silaha çevrilə bilir.
Hazırda bir çox ölkələrin müdafiə sənayesinin gündəm maddələrindən birini dronların qabiliyyətlərinin artırılması ilə yanaşı, təhdidə çevriləcəyi vəziyyətlərdə qarşısının alınmasıdır. Bu məsələ, xüsusilə, Venesuela prezidenti Nikolas Maduroya qarşı susi-qəsdə cəhddən sonra diqqət cəlb edib.
Prezidentin paytaxt Karakasdakı mərasimdə çıxış edərkən partlayıcı maddə bağlanmış dronlarla təşkil edilən hücum gözləri dronlardan qaynaqlanan təhdidlərə çevirib.
Bu sistemlər bir müddətdir ki, Yaxın Şərqdə baş verən qarşıdurma və hücumlarda da ya birbaşa, ya da dolayı yolla silah kimi istifadə edilir. Maya dəyəri oldquca aşağı, uzaq məsafələrdən idarə edilə bilən bu vasitələr partlayıcılarla birləşəndə strateji hədəflərə istiqamətləndirilərək ciddi itkilərə yol açır. Dronlar casusluq məqsədilə də istifadə edilə bilər.
Yaşanan bu və buna bənzər hadisələr gələcəkdə qarşı-qarşıya qala biləcəyimiz potensial təhlükələr dünya üzrə müdafiə sənayesində fəaliyyət göstərən şirkətləri hərəkətə keçirib.
Türkiyənin müdafiə sənayesi şirkətləri də qabiliyyətləri çərçivəsində dronların təsbitinə və onların təsirsiz hala gətirilməsinə dair həll yolları tapmaq üçün hərəkətə keçib. Bu sahədə son yerli istehsal bir neçə şirkətin əməkdaşlığı çərçivəsində ərsəyə gətirdiyi “Qapan Drondanmüdafiə Sistemi”dir.
“Qapan” istifadəçisinə bütün ehtiyacları qarşılayan, birləşdirici və tam bir həll yolu vəd edir. Müəyyən bölgədəki dron təhdidlərini, yüksək performanslı bir radarla təsbit edən “Qapan” onları elektro-optik sistemlərlə analiz edir. Qərarının alınması ilə lazer və radio-tezlik sistemləri ilə dron təsirsiz hala gətirilir.
Sistem, aparılan testlərdə vəzifəsinin ən kritik mərhələsi olan təsbit etməyi ən yaxşı səviyyədə gerçəkləşdirib. “Qapan” 1,5 km məsafədən kiçik hərəkət edə bilən “DJI Pantom 4”ü və 2,5 km-dən daha böyük məsafələrə uça bilən “Heksakopter”i təsbit edə bilir.
Mütəxəssislər yerli istehsalın bu performansını belə dəyərləndirir:
“Həm kəşfiyyat, həm partlayıcı məqsədilə istifadə edilən dron təhdidi bir müddətdir ki, Suriya və İraqın gündəmindədir. Venesuelada yaşananlar isə bu təhdidin ətə, sümüyə bürünmüş halı oldu. Mətbuatda, müxtəlif mərasimlərdə dron təhdidlərinə qarşı alınan tədbirlərin xəbərlərini görürük. “Qapan” bu tədbirləri bir üst səviyyəyə daşıyır. İstifadəçisinə təsbitdən qarşısını almağa qədər yaxşı həll yolu verir. “Qapan”ı istifadə edəndə istifadəçi bilir ki, bölgədə dron varsa, bundan əvvəlcədən xəbərdar olacaq, onun dost ünsür olub-olmadığını yoxlayacaq və lazım olan vaxt onu təsirsiz hala gətirəcək”(publika.az).