​Türkiyə prezidentinə ağır itki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ağır itki üz verib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentin yaxın dostlarından olan Nəbi Güdük 66 yaşında, Kocaəlidə dünyasını dəyişib.
Nəbi Güdük Kocaəli Bələdiyyəsində şöbə müdiri olub, ilik xərçəngi olduğu üçün təqaüdə göndərilib.
Fevziyyə məscidində qılınan cənazə namazına R.T.Ərdoğan, baş nazirin müavini Fikri İşıq, Kocaəli valisi Hüseyn Aksoy, bələdiyyə başqanı İbrahim Qaraosmanoğlu, millət vəkilləri və başqa rəsmilər qatılıb.
Namazdan sonra cənazə torpağa tapşırılması üçün Kırşəhirə göndərilib.