Türkiyə prezidenti YPG/PKK ilə bağlı Trampa nə söyləyib? – Ərdoğan açıqladı

Baxış sayı:
8860

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan,  TV 24 və 360 TV-nin yayımında terrorla mübarizə məsələsini dəyərləndirib
 
Ərdoğan Suriya mərkəzli terrorla mübarizə planı məsələsinə də toxunub:
“ABŞ-ın belə bir səhvi var. “Kürdləri vurmayın” kimi bir yanaşması var. Bunu mən cənab Trampa dedim. Bu ifadələri işlətdiyiniz prosesdə səhvin içərisində olarsınız. Bizim mübarizəmiz və bizim hazırda apardığımız müharibə kürd qardaşlarımızla deyil, terror təşkilatlarıyladır. Terror təşkilatının içərisində kürdlər də, fransızlar da, ingilislər də ola bilər. YPG/PYD-nin içərisində xarici döyüşçülər adını qoyduqları döyüşçülər var. Biz bu mübarizəni apararkən bu fransızdır, bu Avstriyadan gələndir deyə seçə bilmərik. Bizim əsgərlərimizə kim silah doğruldarsa, biz də onlara silah doğruldarıq. Biz ABŞ-a vaxtında dedik. Gəlin burada bu mübarizəni birlikdə aparaq. Amma təəssüf ki, ABŞ onlarla birlikdə icra qərarı aldı. Biz İdlib və Afrində Rusiya ilə birlikdə davam etdirdik. Zaman-zaman bəzi münaqişələr olsa da, görüşərəkortaq bir yerə gəlirik. Bir vaxt kədərlə anılan şəhərlər, indi sabitlik adaları kimi göz doldurur. İnşallah cənub sərhədimizin hamısını terrordan təmizləyəcək və qaçqın qardaşlarımızın də ölkəsinə qayıdacağı təhlükəsiz sahələr təmin edəcəyik və qardaşlarımızı də əmin-amanlığa qovuşdurmağa çalışırıq".
Müxalifət.az