​TÜRKİYƏ PREZİDENTİ: "Ermənistanda da sağlam düşüncənin qəbul ediləcəyi günü gözləyirik"

Baxış sayı:
5992

“Ermənistanda da sağlam düşüncənin qəbul ediləcəyi günü gözləyirik”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniyada jurnalistlərə bildirib.
“Türkiyə olaraq Qafqaz və Mərkəzi Asiya da sülhü dəstəkləyirik. Bu mənzərədə olmayan tək dövlət Ermənistandır. Ermənistanda da sağlam düşüncənin qəbul ediləcəyi günü gözləyirik”, – o, qeyd edib/Report.