Türkiyə Prezident Sarayından ABŞ-ın “İŞİD təxribatına” CAVAB VERİLDİ

Baxış sayı:
5128

Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın gündəmə dair mühüm açıqlamalar verib. Qalın eyni zamanda ABŞ-ın yeni “İŞİD oyunu”na da münasibət bildirib.
 
Qeyd edək ki, ABŞ son günlər Afrin əməliyyatı nəticəsində İŞİD-ə qarşı mübarizənin axsadığını əsas gətirir. Bunu bəhanə edərək İŞİD-in yerləşdiyi bölgələrdə onlarla döyüşən YPG-lilərin ərazini tərk edərək Afrinə yollandıqlarını dilə gətirib. Buna paralel olaraq İraqda İŞİD terrorçuları Kərkük istiqamətində hücum təşkil edib. Eyni zamanda isə ABŞ-ın Türkiyə səfirliyi İŞİD-in Türkiyədə terror törədəcəyi təhlükəsi ilə bağlı elçilik binasını qapalı elan edib. Və bütün bu bir birini ardıcıl olaraq izləyən hadısələrin arxasında ABŞ-ın beynəlxalq ictimai rəyi aldadaraq yenidən İŞİD xofu yaratmaq və bununla da Afrin əməliyyatının dayandırılması üçün Ankaraya təzyiqi artırmaq niyyəti durur.
Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın bu baş verənlərin işığında bildirib ki, terror təşkilatları arasında ayrı-seçkilik etmək olmaz. ABŞ-ın İŞİD-lə bağlı “əndişəsinə” deyinən Qalın, Afrin Hərəkatının İŞİD ilə mübarizəyə mane olmadığını deyib. ABŞ-ın YPG-lilərin İŞİD-lə mübarizədən yayınaraq Afrinə getdikləri iddiasına münasibət bildirən Qalın, “ABŞ-ın nəzarətində hərəkət edən terror təşkilatı YPG Münbiçdən Afrinə terrorçu və silah sövq etmək istəyirdilər, amma bunlar ordumuz tərəfindən püskürdüldü” deyə, açıqlama verməklə, ABŞ-ın niyyətini boşa çıxarıb.
Müxalifət.az