​Türkiyə PKK-nın 3 dayaq məntəqəsini MƏHV ETDİ

Baxış sayı:
1381

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatları davam etdirir.
Türkiyə Baş Qərargahı əməliyyatın Zap rayonunda aparıldığı barədə məlumat yayıb.
Məlumatda həmçinin o da qeyd edilir ki, əməliyyat çərçivəsində PKK-nın 3 dayaq məntəqəsi məhv edilib.
Xatırladaq ki, aprelin 7-dən etibarən Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb. (trend)