Türkiyə parlamentinin sədri kim olacaq?

Baxış sayı:
17716

24 fevral tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçiləcək.
Muxalifet.az xəbər verir ki, TBMM-nin İdarə Heyətində bununla bağlı qərar qəbul edilib.
Yeni sədrin müəyyən edilməsindən sonra parlamentin İdarə Heyəti öz fəaliyyətini müəyyən müddətlik dayandıracaq.
Xatırladaq ki, TBMM-nin sabiq sədri Binəli Yıldırım bələdiyyə seçkilərində iştirakından dolayı vəzifəsindən istefa verib.