“Türkiyə öz tarixini qəbul etməli və Ermənistandan üzr istəməlidir” - Yunanıstan Prezidentindən ŞOK AÇIQLAMA

Baxış sayı:
14833

İşgüzar səfərlə Ermənistanda olan Yunanıstan Respublikasının Prezidenti Prokopios Pavlopulos  Ermənistandan Türkiyəyə mesaj göndərdi. “Armenpres”-ə əsasən, Yunanıstan Prezidenti  ER Prezidenti Armen Sarkisyan ilə birgə söhbətdə  Erməni Soyqırımına və Pont Yunan Soyqırımına toxunaraq, bəyan edib ki, Türkiyə öz tarixini qəbul etməli və cavab verməlidir.

Muxalifet.az bu barədə az.armradio-ya istinadla xəbər verir.
“Biz Erməni Soyqırımını xatırlayırıq, biz Pont Yunan Soyqırımını xatırlayırıq və şadaq ki, bir neçə gün əvvəl  ABŞ Nümayəndələr Palatası  soyqırımı tanıyanların sırasını genişləndirdi. Biz 1996-cı ildə Parlament səviyyəsində  Erməni Soyqırımını tanıdıq, 24 aprel Erməni Soyqırımının Günü elan etdik və 2014-cü ildə Erməni Soyqırımının inkarını cinayət məsuliyyətinə cəlb etdik. ER Parlamenti tərəfindən Pont Yunan Soyqırımını yekdilliklə tanıdığınız üçün sizə təşəkkür etmək istəyirəm. Buradan biz Türkiyəyə mesaj göndərmək istəyirik. O öz tarixini qəbul etməli və cavab verməli, üzr istəməlidir”- deyə Prezident qeyd edib.
Muxalifet.az