Türkiyə Ordusunun Baş Qərargah rəisi İrana səfər edəcək

Məhəmmədhüseyn Baiqri Ankarada başladıqları müzakirələri Tehranda davam etdirəcəklərini söyləyib
 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar yaxın zamanlarda Tehrana səfər edəcək.
İran KİV xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmmədhüseyn Baqiri avqustun 21-də Tehranda Türkiyəyə səfəri ilə bağlı keçirdiyi mətbuat konfransıdna bildirib.
Onun sözlərinə görə, türkiyəli həmkarı çox yaxın zamanda İrana səfər edəcək.
M.Baiqri Ankarada başladıqları müzakirələri Tehranda davam etdirəcəklərini söyləyib.
Qeyd edək ki, o, Türkiyəyə keçirdiyi görüşlərdə terrorçuluğa qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələləri müzakirə edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da İrana səfəri gözlənilir.