Türkiyə ordusundan Əsəd qüvvələrinə növbəti sarsıdıcı zərbə - 9 KƏND AZAD EDİLDİ VƏ... / Yenilənib

Baxış sayı:
2092

Suriyanın müxalif qüvvələri İdlib ətrafında daha 9 kəndi hökumət qüvvələrindən azad edib.
"Anadolu" agentliyi xəbər verir ki, şiddətli toqquşmalar zamanı Suriya ordusu çox sayda itki verib.
Qeyd edək ki, Türkiyə ordusu müxalif qüvvələrə fəal dəstək verir. Suriyanın hökumət qüvvələri Soçi müqaviləsini pozaraq İdlib istiqamətində hücuma keçməsi bölgədə vəziyyəti gərginləşdirib. Ordu bir neçə kəndi ələ keçirsə də, Türkiyənin müxalif qüvvələrə dəstəyindən sonra geri çəkilmək məcburiyyətində qalıb.
**
Suriya ordusunun Hələb şəhərindəki Neyrab hərbi hava limanı Türkiyə Hava Qüvvələrinin hücumu nəticəsində yararsız vəziyyətə düşüb.
"Anadolu" agentliyi xəbər verir ki, Suriya ordusu strateji önəmə sahib hava limanından İdlibdəki əməliyyatlar üçün istifadə edirdi.
Qeyd edək ki, Hələbin şərqində yerləşən Kuveyras hərbi hava limanının Türkiyə ordusu tərəfindən hədəfə alınmasından sonra hökumət qüvvələri hərbi avadanlıqları Neyraba daşımışdı./Publika.az