Türkiyə Ordusundan Afrində rekord dəqiqlik

Baxış sayı:
932

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın YPG/PYD/PKK terror təşkilatının işğalı altında olan Afrin bölgəsində başladılan "Zeytun budağı" əməliyyatı bir çox məqamları ilə dünyanın diqqətini çəkməkdədir.
 
72 hərbi təyyarə ilə başladılan əməliyyat zamanı əvvəlcədən müəyyən edilən 113 hədəfdən 108-i dəqiqliklə vurulub.
Türkiyəli terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar tarixi əməliyyatın bəzi maraqlı detallarını açıqlayıb.
O bildirib ki, Afrində 72 döyüş təyyarəsi ilə həyata keçirilən əməliyyatın bənzəri yaxın tarixdə görülməyib:
"Buna yaxın son əməliyyat 2007-ci ildə İraqın şimalında gerçəkləşmişdi. Onda hücuma 50 təyyarə qatılmışdı. 113 hədəfdən 108-nin dəqiqliklə vurulması tarixi bir rekorddur. Bu hədəflərin 95.57 faizinin məhvi deməkdir. Bu rekordun dünyada bənzəri yoxdur. Türkiyə öz keçmiş hərbi əməliyyatları ilə yarışır".
A.Ağar həyata əməliyyatın Türk milləti üçün qürur mənbəyi olduğunu söyləyib:
"Millətimizin övladları milllətimizin silahlarından baxın necə istifadə edirlər".