Türkiyə ordusu Suriyada iki şəhid verib

Baxış sayı:
5161

Suriyada aparılan antiterror əməliyyatları zamanı Türkiyə ordusunun iki əsgəri şəhid olub.

Muxalifet.az-ın xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əsgərlərdən biri “Sülh çeşməsi”, digəri isə “Pəncə-3” antiterror əməliyyatlarının aparıldığı bölgələrdə terrorçular tərəfindən vurulub. Bir əsgər də yaralı halda xəstəxanaya çatdırılıb.

Hadisə zamanı terror qruplaşmalarına aid hədəflər məhv edilib.