Türkiyə ordusu PKK rəhbərini belə məhv etdi - VİDEO

Baxış sayı:
13915

Türkiyə ordusunun Şimali İraqda keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatlarının liderlərindən olan Mehmet Soysürən məhv edilib. 
Muxalifet.az Oxu.az-a istinadən agentliyi xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 
"Savaş Porsipi" ləqəbli terrorçunun PKK-nın "xüsusi təyinatlıları"na rəhbərlik etdiyi və Türkiyə Daxili İşlər Nazirliyinin "qırmızı siyahısı"na daxil olduğu bildirilib. 
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında "Pençe" adlı əməliyyatlarını martın 30-da başlayıb.