​Türkiyə ordusu PKK-nın əsas yuvasına girir – Qəndil ƏMƏLİYYATI

Baxış sayı:
3166

Türkiyə ordusunun Şimali İraqda PKK terrorçularına qarşı havadan və qurudan həyata keçirdiyi əməliyyat 2,5 aydır davam edir.
Muxalifət.az xəbər verir ki, son bir həftədə əsas əməliyyatlar Hakurk bölgəsində keçirilir.
“Hüriyyət” qəzetinin əldə etdiyi məlumata görə, Hakurk bölgəsinin terrorçulardan təmizlənməsini arxasında PKK-nın əsas iqamətgahı olan Qəndilin yolunu bağlamaqdır. Çünki PKK Qəndildən bölgəyə terrorçuları məhz bu ərazidən keçirərək, göndərir.
Hakurk Qəndilə gedən yolun üzərində yerləşir. Bu bölgəni terrorçulardan təmizləməyə başlayan türk ordusu qarşıdakı dövrdə Qəndildə əməliyyat keçirməyi planlaşdırır.